Mahir Emreli ilə daha bir klub maraqlanır

Mahir Emreli ilə daha bir klub maraqlanır

Azərbaycan millisinin və "Qarabağ”ın hücumçusu Mahir Emreli karyerasını Polşada davam etdirə bilər.

Sport7.az xəbər verir ki, bu barədə adıçəkilən ölkə mətbuatı məlumat yayıb. "Zaqlebye”nin 24 yaşlı forvardın keçidində maraqlı olduğu bildirilib. Ön xətt üçün bir neçə futbolçu ilə bağlı araşdırma aparan Lubin təmsilçisinin alternativlərindən biri də məhz Emrelidir. Onun "Qarabağ”la müqaviləsinin müddəti mövsümün sonuna qədərdi ki, bunun da Polşa klubu üçün ümidverici olduğu vurğulanıb.

"Zaqlebye” Polşa Ekstraklasasında 14 turdan sonra 22 xalla 6-cı pillədə qərarlaşıb. Mahir Emreli isə cari mövsüm Premyer Liqada 9 matçda 7 qola imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR