Mahir Emreliye Polşadan daha bir təklif

Mahir Emreliye Polşadan daha bir təklif

Polşanın daha bir klubu Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelini heyətinə qatmaq istəyir.

Sport7.az xəbər verir ki, 24 yaşlı hücumçu yüksək liqa təmsilçilərindən "Rakuv"un maraq dairəsindədi. Daha əvvəl Polşanın "Zaqlembe” klubu Emreli üçün təklif göndərib. Lakin forvard 200 min avro məvacib istədiyi üçün keçid gerçəkləşməyib.

Emrelinin "Qarabağ"la bu ilin yayınadək müqaviləsi var. "Rakuv" isə Polşa Ekstraklasasında 14 turdan sonra 28 xalla 2-ci pillədə qərarlaşıb. Çenstoxova şəhərinin komandası ilk mövqedəki Varşava "Legiya"sından 1 xal geri qalır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR