Mahmud Qurbanov AFFA-dan sifariş alır? - ŞOK İDDİA

Mahmud Qurbanov AFFA-dan sifariş alır? - ŞOK İDDİA

Mahmud Qurbanov Norveçlə oyuna ölkə xaricində çıxış edən milliləşdirilən legionerləri çağırmadı. "Karlsrue"də forma geyinən Dmitri Nazarov istisna olmaqla. 

Sport7.Az xəbər verir ki, baş məşqçi əvəzi bu qərarı özbaşına verməyib. 

Onu buna yerli oyunçulardan bir neçəsi təhrik eləyib. Qurbanova "sən onları çağırma, nəticə bizlikdi" deyiblər. Məsuliyyəti üzərinə götürən liderlərdən biri skandinavlardan ən azı 1 xal götürəcəklərinə söz verib. 

Berti Foqtsun yerinə keçən gənc mütəxəssis matçdan öncəki gün başqa addım atıb. O, əsas heyətin müəyyənləşdirilməsində yalnız Aslan Kərimova və AFFA rəsmilərinə qulaq verib. Aparıcı fiqurları dinləməyən Qurbanov "Qarabağ"lıları gözlənilmədən ehtiyatda saxlayıb. Onun federasiyadan gələn tapşırıqla Kamran Ağayev və digər futbolçuları meydana buraxmadığı söylənilir. Deyilənə görə, federasiyadan gələn göstəriş konkret olub: Kamran bu oyunda meydançaya çıxmamalıdır.

Sport7.Az
Mənbə: sportinfo.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR