Makqreqor Həbiblə revanş döyüşünə çıxacaq? - AÇIQLAMA

Makqreqor Həbiblə revanş döyüşünə çıxacaq? - AÇIQLAMA

İki çəki dərəcəsi üzrə sabiq UFC çempionu Konor Makqreqor kəmər uğrunda döyüşmək şansı əldə edəcək.

Sport7.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
 
Xəbərə görə, Makqreqorun Həbib Nurməhəmmədov - Castin Qetji döyüşünün qalibi ilə qarşılaşmaq ehtimalı yaranıb. Bu barədə UFC prezidenti Deyna Uayt məlumat verib:

"Hazırda Qetji ilə Həbibin döyüşünə hazırlaşırıq. Döyüşün nəticəsinin necə olacağı özüm üçün də maraqlıdı. Konora gəlincə, o, sözügedən qarşıdurmanın qalibi ilə qarşılaşa bilər".

Qeyd edək ki, Həbib Nurməhəmmədov 2018-ci ilin oktyabr ayında nokautla Konor Makqreqora qalib gəlmişdi. Daha sonra irlandiyalı revanş istəsə də, Həbib rəqabət baxımından döyüşün onun üçün heç bir maraq kəsb etmədiyini bildirmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR