Makqreqordan Həbibin atasına dəstək:

Makqreqordan Həbibin atasına dəstək: "Sağalması üçün dua edirəm"

İki çəki dərəcəsi üzrə keçmiş UFC çempionu Konor Makqreqor Həbib Nurməhəmmədovun atası, məşqçi Əbdülmanap Nurməhəmmədova dəstək verib.

Sport7.az xəbər verir ki, irlandiyalı döyüşçü tvitter hesabında bu barədə paylaşım edib:

"Əbdülmanap Nurməhəmmədovun sağalması üçün dua edirəm. Bu insan müxtəlif döyüş növlərində bizim bildiyimizdən də çox dünya çempionları yetişdirib. O, döyüş sənətlərinin əsl dahisidi!

Bu gün xəbəri eşidəndə çox məyus oldum. Nurməhəmmədov ailəsi üçün dua edirəm".

Qeyd edək ki, Əbdülmanapın hazırda komada olduğu bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR