Maksim Medvedev Bakıya zədəli qayıdır - FOTO

Maksim Medvedev Bakıya zədəli qayıdır - FOTO

Millimizin üzvü Maksim Medvedev Bolqarıstana qarşı keçirdikləri oyunda zədələnib. Sport7.az xəbər verir ki, məhz bu səbəbdən "Qarabağ"ın futbolçusu 63 dəqiqədə Arif Daşdəmirovla əvəzlənib.

Saytımızın Sofiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Maksim Bakıya ayağı sarğıda qayıdır. Medvedev hava limanında da, ayağına buz qoyub. Buna baxmayaraq, onun zədəsinin elə də ciddi olmadığı qeyd olunur. Belə ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Monako"ya qarşı keçirəcəyi oyuna qədər təcrübəli müdafiəçinin tam sağalacağı ehtimal edilir.

Həmin anı əks etdirən özəl fotonu təqdim edirik: 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR