Maksim Medvedev:

Maksim Medvedev: "Bizim düşdüyümüz qruplar həmişə çox çətin olur"

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev "Sevilya" ilə oyunöncəsi fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, təcrübəli futbolçu bunları söyləyib: "İtirəcəyimiz bir şey yoxdur. İstənilən nəticəni qəbul edəcəyik. Sadəcə, maksimum gücümüzü göstərmək üçün yaxşı şans var. Bu oyuna motivasiya olmağa da ehtiyac yoxdur. Rəqibin adı elə motivasiyadır. Hamı istəyəcək ki, böyük-güclü futbolçulara qarşı ən yaxşı oyununu keçirsin. Çıxıb futbolumuzu oynayacağıq. İnanıram ki, gözəl oyun olacaq. Doğrudan da bizim düşdüyümüz qruplar həmişə çox çətin olur. Avropanın ən güclü klublarından, heç olmasa, 1-i bizim qrupa düşürdü. Dortmund "Borussiya"sı, "Monako", "Tottenhem", "Sent-Etyen", "İnter" və "Fiorentina" kimi klublarla oynayanda demək olar ki, gənc komanda idik. Onlarla oynaya-oynaya kifayət qədər təcrübə topladıq. Azarkeşlərin də sayı çoxaldıqca bizdən gözləntilər artır. Bu il qrupdan çıxmağa şansımızın olduğunu - klub rəhbərliyindən tutmuş futbolçulara qədər - hamımız dərk edirik. Amma bunun öhdəsindən gələ biləcəyik, ya yox - bunu zaman göstərəcək".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR