Maksim Medvedev:

Maksim Medvedev: "Əsl azarkeşlər yanımızda olmalıdır"

"Qarabağ"ın və millimizin müdafiəçisi Maksim Medvedev "Düdelanj"la matçdan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, komandanın vitse-kapitanı bunları söyləyib: "Baxmayaraq ki, son matçda şansımız yoxdur, ancaq yaxşı nəticə qazanmaq, turniri major notda bitirmək istəyirik. Oyunun önəmi böyük olmasa da, ən yaxşısını etməyə çalışacağıq".
 
Təcrübəli müdafiəçi son turdakı ev matçına azarkeş marağının az olmasıyla bağlı sualı belə cavablandırıb: "Bizim iş futbol oynamaqdır. Bu, azarkeşlər üçün bir növ şoudur. Biz də istərdik ki, stadion dolsun. Ancaq elə azarkeşlər var ki, köhnə nəticələrimizə baxıb, gəlməyəcəklər. Əsl azarkeşlər yanımızda olmalıdır. Mən özüm azarkeş olsaydım, stadiona gələrdim"

Qrupda yeganə qələbəsini məhz səfərdə "Düdelanj" üzərində qazanan  (4:1) "Qarabağ"ın pley-offa çıxa bilməyəcəyi ötən turda, APOEL-lə oyundan sonra rəsmiləşmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR