"Mançester Siti" Çempionlar Liqasının favoritidi" - Sarri

"Yuventus"un baş məşqçisi Mauritsio Sarri "Mançester Siti"ni Çempionlar Liqasının favoriti hesab edir:

"Məncə, bu mövsüm Çempionlar Liqasının favoriti "Mançester Siti"di.

Böyük maraqla bu komandanın oyunlarını izləyirəm. Böyük ehtimalla "Mançester Siti" bu mövsüm diqqətini Premyer Liqa ilə müqayisədə daha çox Çempionlar Liqasına yönəldəcək".

"Şəhərlilər" hazırda Premyer Liqada 3-cü sırada qərarlaşıb. Pep Quardiolanın yetirmələri lider "Liverpul"dan 14 xal geri qalır. Çempionlar Liqasında isə "Siti" qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR