"Mançester Siti" "Napoli"nin müdafiəçisinə elçi düşüb

"Mançester Siti" "Napoli" nin müdafiəçisi Covanni Di Lorenzoya maraq göstərir.

Sport7.az xəbər verir ki, "şəhərlilər", keçən yay "Empoli"dən 9.5 milyon avroya transfer olunmuş 26 yaşlı müdafiəçi ilə müqavilə imzalamağı düşünür. Bu mövsüm müdafiədə ən yaxşılardan olan Covanni meydana çıxdığı 29 matçda 3 qola, 4 məhsuldar ötürməyə ima atıb.

"Napoli" müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq oyunçunu satmaqdan çəkinsə də, İngilis klubundan gələn yaxşı təklif onları düşüncələrini dəyişdirməyə vadar edə bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR