"Mançester Siti" Premyer Liqanın qalibi oldu

İngiltərə Premyer Liqasına yekun vurulub.

Sonuncu tur çempionun müəyyənləşməsi baxımından da əlamətdar olub. "Liverpul"un "Vulverhempton"u məğlub etməsinə (2:0) baxmayaraq, səfərdə "Brayton"a 4:1 hesabı ilə qalib gələn "Mançester Siti" PL-in əsas mükafatına sahib çıxıb.
 
"Şəhərlilər" 98 xalla mövsümü birinci sırada bitirib. Bir xal geri qalan "Liverpul" isə ikinciliklə kifayətlənməli olub.


İngiltərə Premyer Liqası

38-ci tur

"Brayton" - "Mançester Siti" - 1:4

Qollar: Mürrey (27) - Aquero (28), Lyaport (38), Marez (63), Gündoğan (72)


"Liverpul" - "Vulverhempton" - 2:0

Qollar: Mane (17, 81)


Qeyd edək ki, bu, "Mançester Siti"nin İngiltərə çempionatları tarixində qazandığı 6-cı çempionluqdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR