"Liverpul" və "Tottenhem" yarımfinalda

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

"Mançester Siti" "Tottenhem"i qəbul edib. İlk görüş London klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
 
Dramatik qarşıdurmada 7 qol vurulub. "Mançester Siti" 4:3 hesabı ilə qələbə qazanmasına baxmayaraq, səfər qolu hesabına mərhələ adlayan tərəf "Tottenhem" olub.

"Liverpul" "Portu"nun qonağı olub. Komandalar arasındakı ilk oyunda "qırmızılar" 2:0 hesabı ilə qələbə qazanmışdı.
 
Bu matç da "Liverpul"un üstünlüyü şəraitində keçib. 4:1 hesabı ilə rəqibini məğlub edən Mersisayd klubu yarımfinala yüksəlib.


Çempionlar Liqası

1/4 final (cavab görüşləri)

"Mançester Siti" (İngiltərə) - "Tottenhem" (İngiltərə) - 4:3
 
Qollar: Sterlinq (4, 21), B. Silva (11), Aquero (59) - Son (7, 10), Lyorente (73)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

"Siti of Mançester", Mançester

İlk görüş - 0:1


"Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 1:4
 
Qol: Militao (69) - Mane (26), Salah (65), Firmino (77), Van Deyk (84)

Baş hakim: Danni Makkeli (Hollandiya)

"Draqau", Portu

İlk görüş - 0:2

Yarımfinal mərhələsinin oyunları 30 aprel - 1 may və 7-8 may tarixlərində keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR