"Mançester Siti" yeni transferlər üçün 100 milyon funtdan artıq büdcə ayırıb

"Mançester Siti"nin sahibləri komandanın heyətini yeniləmək niyyətindədilər.

"Daily Mail"in xəbərinə görə, "şəhərlilər" "Liverpul"la rəqabət apara bilmək üçün yeni transferlərə 100 milyon funtdan artıq büdcə ayırıblar. Sözügedən məbləğin qış və ya yay üçün nəzərdə tutulduğu bəlli deyil.

"Siti" mərkəz müdafiəçisi axtarışındadı. Həmçinin Mançester təmsilçisi növbəti yay komandadan ayrılacaq David Silva və 31 yaşlı Serxio Aqueronun alternativlərini müəyyənləşdirməyə çalışır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR