"Mançester Siti" Kanselu ilə anlaşıb

"Mançester Siti" "Yuventus"un müdafiəçisi Joau Kanselunun transferini bitirmək üzrədi.

"La Gazzetta dello Sport"un jurnalisti Nikolo Skiranın məlumatına görə, "şəhərlilər" 25 yaşlı futbolçu ilə müqavilənin şəxsi detallarını razılaşdırıb. Hazırda klublar arasında yekun danışıqlar gedir.

Daha əvvəl "Mançester Siti"nin Kanseluya illik 5 milyon avro məvacib təklif etdiyinə dair xəbərlər yayılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR