"Mançester Siti"nin futbolçusu Kevin De Brünenin durumuna aydınlıq gəlib.
Sport7.az xəbər verir ki, Premyer Liqada "Aston Villa" ilə matçda zədələnən 30 yaşlı yarımmüdafiəçi 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Belçikalı oyunçunun bud əzələsində problem aşkarlanıb.
De Brüne cari mövsüm 23 oyun keçirib, 3 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport7.az