"Mançester Siti"dən aparıcı futbolçusuna yeni təklif

Belçika millisinin futbolçusu Kevin de Brünenin gələcək karyerasına aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, "Mançester Siti” klubu yarımmüdafiəçisini heyətində saxlamağa qərar verib. Premyer Liqa klubu Kevini yay transfer pəncərəsində satmayacaq. 29 yaşlı futbolçunun müqaviləsi 2023-cü ildə başa çatmalı olsa da, mançesterlilər ona yeni anlaşma təklif etməyi məqsədəuyğun sayıb.

De Brüne cari mövsüm 24 oyunda 3 qol və 15 məhsuldar ötürməyə imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR