"Mançester Siti"nin əfsanəsi öldü

"Mançester Siti"nin sabiq futbolçusu Qlin Pardo 73 yaşında vəfat edib.
 
Sport7.az xəbər verir ki, bu haqda "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb. 1962-1976-cı illəri əhatə edən futbolçu karyerası bütünlüklə "Mançester Siti"də keçən Pardo həm müdafiəçi, həm də hücumçu kimi oynayıb.
 
O, ingilis klubunun heyətində 300-dən çox oyun keçirib, bu müddətdə 17 qola müəlliflik edib. 
 
Qlen mançesterlilərlə birlikdə İngiltərə, FA Liqası və Liqa Kuboku çempionluğunu yaşayıb. Eyni zamanda Kuboklar Kubokunun da qalibi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR