"Mançester Siti"nin futbolçusu Almaniya yolunda

"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındı.
 
Sport7.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb. Məlumata görə, 24 yaşlı yarımmüdafiəçi tezliklə "Bavariya" ilə müqavilə imzalayacaq. Müqavilə beşillik, transfer məbləği isə təqribən 50 milyon avro olacaq.
 
Bu mövsümün ilk matçında ciddi zədə alan Sane, yalnız iyunun 22-də "Börnli" ilə matçda yaşıl meydanlara qayıtmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR