"Mançester Yunayted" Brunu Fernandeşin transferini həll edib

"Sportinq"in yarımmüdafiəçisi Brunu Fernandeşin "Mançester Yunayted"ə keçidi rəsmiləşmək üzrədi.

Jurnalist Nikolo Skiranın xəbərinə görə, tərəflər transferi 60 milyon avroya razılaşdırıblar. Həmçinin bonuslar da nəzərdə tutulub. Keçid yaxın saatlarda açıqlana bilər.

Portuqaliyalı futbolçunun müqaviləsi 2025-ci ilə kimi nəzərdə tutulacaq. O, yeni iş yerində ilinə 6 milyon avro qazanacaq.

Cari mövsümdə Portuqaliya çempionatında 15 matçda meydana çıxan Brunu Fernandeşin aktivində 8 qol var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR