"Mançester Yunayted" bu futbolçu ilə vidalaşacaq

Cari mövsümün sonunda "Mançester Yunayted"dən gedəcək futbolçulardan birinin adına aydınlıq gəlib.
 
Sport7.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Ole Qunnar Sulşer danışıb. Mürtəxəssis yayda klubla müqaviləsi bitəcək Antonio Valensiya ilə yolları ayıracağını söyləyib. 
 
2009-cu ildə "Uiqan"dan 19 milyon avroya transfer olunan 33 yaşlı sağ cinah müdafiəçisi "Mançester Yunayted"in heyətində meydana çıxdığı 338 matçda 25 qola, 62 məhsuldar ötürməyə imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR