"Mançester Yunayted" futbolçusu ilə müqaviləni yenilədi

İngiltərə nəhənglərindən olan "Mançester Yunayted" Nemanya Matiçlə yeni müqavilə imzalayıb.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. 32 yaşlı serbiyalı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2023-cü ilə qədər uzadılıb..

2017-ci ildən "Mançester Yunayted"in formasını geyinən Matiç daha əvvəl İngiltərədə "Çelsi", Portuqaliyada "Benfika" və Niderlandda "Vitess"in şərəfini qoruyub. O, Slovakiya və Serbiyada da çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR