"Mançester Yunayted" kompüter oyunları şirkətini məhkəməyə verdi

İngiltərə nəhəngi "Mançester Yunayted" kompüter oyunları şirkəti, məşhur "Football Manager"in istehsalçısı olan "Seqa"nı və onun dəstəkçisi "Sports İnteraktive"ni məhkəməyə verib. 
 
Sport7.az xəbər verir ki, buna səbəb kimi şirkətin ticarət məqsədilə klubun markasından yararlanması göstərilib. Bununla yanaşı şikayətdə klubun adının tez-tez hallandırıldığı və loqonun yer almamasını göstərib. 
 
"Football Manager" oyununun istehsalçısı "Seqa"dan isə, "Bəsitləşdirilmiş klub loqosu, oyun başlayarkən avtyomatik şablonlardan seçilir. Uzun zamandı klub rəsmilərinə və oyunçulara oyunu göndəririk. İndiyə qədər heç belə bir şikayət eşitməmişik" açıqlaması verilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR