"Mançester Yunayted" Lukakuya görə "İnter"dən 85 milyon avro tələb edir

"İnter" Romelu Lukakunun transferi ilə bağlı "Mançester Yunayted"lə danışıqlar aparır.

Jurnalist Canluka Di Martsionun məlumatına görə, "qırmızı şeytanlar" belçikalı forvard qarşılığında 85 milyon avro tələb edir. "İnter" tərəfi hazırda qiyməti endirməyə çalışır.

Ötən mövsüm İngiltərə Premyer Liqasında 32 matçda meydana çıxan R. Lukakunun aktivində 12 qol, 1 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR