"Mançester Yunayted" nigeriyalı hücumçu ilə müqaviləni yenilədi

"Şanxay Şenhua"dan icarəyə götürülən Odion İqalo daha 1 il "Mançester Yunayted"də qalacaq.
 
Sport7.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Nigeriyalı hücumçu ilə müqavilənin müddəti 2021-ci ilə qədər uzadılıb. Çində çempionat hələ bərpa olunmadığından futbolçunun növbəti mövsümdə də İngiltərədə qalmasına razılıq verilib. 
 
30 yaşlı hücumçu "Qırmızı Şeytan"ların heyətində meydana çıxdığı 8 qarşılaşmada 4 qola imza atıb.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR