"Mançester Yunayted" və "Yuventus" Rakitiçin xidmətində maraqlıdı

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç oyun praktikasının azlığından narazıdı.

"Marca"nın xəbərinə görə, Rakitiç yanvarda komandadan ayrılmaq niyyətindədi. O, artıq yeni klubların təkliflərini dəyərləndirməyə hazırdı. "Yuventus" və "Mançester Yunayted"in xorvat futbolçunun xidmətində maraqlı olduğu bildirilir.

Qeyd edək ki, Rakitiç bu mövsüm "Barselona"nın əsas heyətindəki yerini itirib və mərkəz yarımmüdafiəçisi mövqeyi üzrə dördüncü alternativ hesab olunur.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR