"Mançester Yunayted" yetirməsi ilə müqavilə bağladı

"Mançester Yunayted" gənc yetirməsi ilə müavilə bağlayıb.
 
Sport7.az xəbər verir ki, klub Brendon Uilyamsla 2024-cü ilə qədər anlaşma imzalayıb. Müqavilə müddəti gələcəkdə də artırıla bilər. 
 
7 yaşında "Mançester Yunayted"in akademiyasına qatılan Uilyams Premyer Liqanın cari mövsümündə əsas komandaya dəvət olunan 12 yetirmədən biridi. 
 
Futbolçu İngiltərənin U-20 komandasında 33 beynəlxalq matça da çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR