"Mançester Yunayted"dən 50 milyon funtluq transfer

"Kristal Pelas"ın müdafiəçisi Aaron Van-Bissaka karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

"BBC Sport"un jurnalisti Devid Ornstaynın məlumatına görə, Van-Bissakanın transferi "qırmızı şeytanlara"a 50 milyon funta başa gələcək. Yaxın günlərdə 21 yaşlı futbolçu tibbi müayinədən keçəcək və həftəlik 80-90 min funt qazanacağı müqaviləyə imza atacaq.

"Yunayted" "Kristal Pelas"da çıxış edən Vilfrid Zaanın keçidindən 25% qazanacaq. Sözügedən maddə Van-Bissakanın transfer şərtlərinə daxil edilmədiyi üçün ləğv olunmayacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR