"Mançester Yunayted"dən "İnter"ə transfer

"Mançester Yunayted"in müdafiəçisi Eşli Yanq karyerasını "İnter"də davam etdirəcək.

"Sky Sports"un xəbərinə görə, tərəflər 1,5 milyon avroya transferi razılaşdırıblar. Həmçinin müqavilədə bonuslar da nəzərdə tutulacaq.

Yanq "İnter"lə 1,5 illik müqavilə imzalayacaq. 34 yaşlı futbolçunun bu müddət ərzində 6 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Yanq "Mançester Yunayted" forması ilə 261 matçda meydana çıxıb və 19 qola imza atıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR