"Mançester Yunayted"in borcunun məbləği açıqlandı

"Mançester Yunayted”in borcunun məbləği açıqlanıb.

Sport7.az xəbər verir ki, ikinci maliyyə kvartalında borcun 528 milyon avro olduğu bildirilib.

Bunu klubun icraçı direktoru Ed Vudvord da təsdiqləyib. O, geridə qalan ilin onlar üçün çətin keçdiyini söyləyib: "İngiltərədəki peyvəndlərin sürətli və uğurlu tətbiqi sayəsində yoluxma sayında azalmanın olması ürəkaçandır. İngiltərə hökumətinin azarkeşlərimizin "Old Trafford”dakı matçlarda tribunalardakı yerlərini tutmalarına icazə verməsini gözləyirik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR