"Mançester Yunayted"in əfsanələrindən koronavirusla mübarizə aparan həkimlərə jest

"Mançester Yunayted"in iki əfsanəsi Qari Nevill və Rayan Giqqz iki oteli koronavirusla mübarizə aparan həkimlərə verib.
 
Sport7.az xəbər verir ki, sabiq komanda yoldaşları sahib olduqları otellərdən Beynəlxalq Sağlamlıq Servisinin (NHS) əməkdaşlarının yararlana biləcəyini açıqlayıb. 
 
"Çelsi"nin "Stemford Bridge" stadionunda yerləşən "Millenium" otelinin tibb işçilərinə verilməsinin ardından Nevillə Giqqz də sahib olduqları "GG Hospitality qrup"un nəzdində olan "Hotel football"la Mançester şəhərində yerləşən "Stock Exchange" otellərindən tibb işçilərinin pulsuz yararlana biləcəyini açıqlayıb. 
 
Nevill şəxsi "Tvitter" hesabında açıqlama verib və "Cümə günündən 176 yataq NHS-nin əməkdaşları və həkimlər tərəfindən istifadə edilə biləcək. Ailələrindən ayrı qalmaq məcburiyyətində olan həkimlər önümüzdəki bir neçə ay bu otellərdən yararlana bilərlər" sözlərini işlədib. 
 
İngiltərə premyer liqası aprelin 4-nə qədər təxirə salınıb. 
 
Hazırda dünyada indiyə qədər 212 min insanın koronavirusa yoluxduğu, 8700 nəfərin isə həyatını itirdiyi açıqlanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR