Maqeye Qeye

Maqeye Qeye "Dundalk"la oyunda meydana çıxacaqmı?

"Qarabağ"ın yeni transferi Maqeye Qeyenin irlandlara qarşı oyunda meydana çıxıb-çıxmayacağı səbirsizliklə gözlənilir.
 
Sport7.az xəbər verir ki, bu futbolçunun "Dundalk"la oyunlarda oynamaq şansı çox azdı. Əldə etdiyimiz məlumata görə buna səbəb seneqallı hücumçunun fiziki durumunun lazımi səviyyədə olmamamsıdı. Tibbi müayinədən keçən futbolçunun çəkisi normadan 6 kiloqram artıqdı ki, bu da Qurban Qurbanovu qane etmir. 
 
Bu üzdən mütəxəssis Qeyeyə fiziki durumunu qaydasına salmaq üçün 1 həftə vaxt verdiyi bildirilir. Əks halda 29 yaşlı forvard cərimələnəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR