Maradona barmağının güdazına getdi

Maradona barmağının güdazına getdi

FIFA Argentina yığmasının sabiq futbolçusu Dieqo Maradona ilə əməkdaşlığa son qoyub.

Sport7.az xəbər verir ki, buna səbəb 58 yaşlı əfsanənin DÇ-2018-də, D qrupunda baş tutan Argentina - Nigeriya matçındakı (2:1) davranışıdır. Maradona Nigeriyanın bərabərlik qolunun ardından azarkeşlərin üstünə qışqırıb, həmyerlilərinin qələbə topunu vurmasından sonra isə orta barmağını göstərib.

Ali futbol qurumu ulduz futbolçudan davranışlarını yaxşılaşdırmağı xahiş edib, əks halda, onu DÇ-2018-in oyunlarının keçirildiyi stadionlara girişinə qadağa qoyacağı ilə hədələyib.

FİFA-nın veteran futbolçuya dünya çempionatında baş çəkdiyi hər oyun qarşılığında 10 min funt sterlinq (11,3 min avro) ödəyirdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR