Maradona işinin başına qayıtdı

Maradona işinin başına qayıtdı

Dieqo Maradona "Ximnasiya"da baş məşqçi kimi fəaliyyətini davam etdirəcəyini təsdiqləyib:

"Ximnasiya"da baş məşqçi kimi fəaliyyətimi davam etdirəcəyimi sizə bildirməkdən çox məmnunam. Azarkeşlərə və oyunçulara təşəkkürümü bildirmək istəyərdm. Sizin sayənizdə rəhbərliklə kompromisə gələ bildik. Ümid edirəm ki, onlar verdikləri sözə əməl edəcəklər.

Dəstəyinizə, 50 dərəcə istidə mənə görə küçələrə axışdığınıza görə hamınıza minnətdaram. "10 nömrə, geri qayıt" deyən balaca oğlana təşəkkür edirəm. İrəli, canavarlar".

Bu həftə klub prezidenti Qabriel Pelleqrino 59 yaşlı mütəxəssisin istefaya göndərildiyini açıqlamışdı. Ardınca azarkeşlər və futbolçular qərara qarşı çıxmışdılar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR