Maradona narkotiki tərgitdi, amma...

Maradona narkotiki tərgitdi, amma...

Narkotik asılılıqdan xilas olan əfsanəvi Dieqo Maradonanın alkoqolla bağlı problemləri davam edir.

Sport7.az xəbər verir ki, bu barədə onun həkimi  Leopol Luke "Infobae"yə açıqlamasında deyib

"Dieqonun artıq kokainlə bağlı problemi yoxdu. O, "təmizdi". Maradonanın indi alkoqol problemi var. Bəzən o, çox içir. Amma biz bunun üzərində də işləyirik.

Karantin və ailə problemləri ona təsir edib. Maradonanın qəbul etdiyi xüsusi dərmanların dozasını azaltmağı planlaşdırırıq. Uzun illər istifadədən sonra birdən-birə sözügedən preparatları tamamilə kəssək, bədən pis reaksiya verə bilər", deyə həkim bildirib. 
 
Qeyd edək ki, argentinalı futbol mütəxəssisi "Ximnasiya" klubunun baş məşqçisidir. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR