Maradona

Maradona "Ximnasiya"dan ayrıldı

La-Plata "Ximnasiya"sının baş məşqçisi Dieqo Maradona postunu tərk edib.

"La Red" radiosunun efirində klub prezidenti Qabriel Pelleqrino bu barədə məlumat verib. Maradona son məşqi zamanı göz yaşlarını saxlaya bilməyib. Oyunçular ondan komandada qalmasını istəyiblər.

59 yaşlı mütəxəssis 2019-cu ilin sentyabrında "Ximnasiya"ya baş məşqçi təyin olunmuşdu. Bu müddət ərzində komanda 3 qələbə qazanmış, 5 oyundan isə məğlub ayrılmışdı. 13 turdan sonra aktivində 10 xal olan La-Plata təmsilçisi Argentina çempionatında 22-ci sırada qərarlaşıb.

Maradonanın gedişi Qabriel Pelleqrinonun növbəti prezident seçkilərində iştirak etməməklə bağlı verdiyi qərarla əlaqələndirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR