Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Sport7.az xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start verilib.
Mariya Stadnik təsnifat mərhələsində Nigeriya güləşçisinə ilk hissədə qalib gəlib. Yığmamızın lideri növbəti görüşdə Hindistan təmsilçisindən güclü olub. Xanım güləşçimiz 1/4 final mərhələsində rusiyalı həmkarı Yekaterina Poleşçukla qarşılaşacaq.
Türkan Nəsirova isə debütdəcə mübarizəni dayandırmalı olub. O almaniyalı rəqibinə uduzub.
50 kq
Təsnifat - Mariya Stadnik - Miessiney Mersi Genesis (NGR) 10:0
1/8 final - Mariya Stadnik - Sima Sima (İND) 9:2
1/4 final - Mariya Stadnik - Yekaterina Poleşçuk (RUS)
53 kq
Təsnifat - Türkan Nəsirova - Nina Hemmer (GER) 0:11
Sport7.az