Mariya Stadnik dünya çempionu oldu! (FOTOLAR)

Mariya Stadnik dünya çempionu oldu! (FOTOLAR)

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

Sport7.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan 31 yaşlı pəhləvanın rəqibi rumıniyalı Emiliya Alina Vuç olub. Görüş təcrübəli güləşçinin qələbəsi ilə yekunlaşıb - 9:0.

Bununla da Stadnik karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk belə uğurunu 2009-cu ildə Almaniyanın Dortmund şəhərindəki mundialda əldə edib.

Hazırda Azərbaycan millisinin aktivində 1 dəst medal var. Daha əvvəl yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Stadnik həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Digər qadın güləşçilərdən Elis Manolova (65 kq) bürünc medal uğrunda güləşəcək, Tatyana Omelçenko (59 kq) isə təsəlliverici görüşdə iştirak edəcək. Hər iki qarşılaşma sentyabrın 19-da olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR