Marrey

Marrey "US Open"də fərdlərin yarışında iştirak etmək istəmir

Qalçasındakı əməliyyatdan sonra ilk dəfə fərdi yarışlarda korta çıxan Endi Marrey "US Open"də sadəcə cütlərin və mikstlərin mübarizəsində iştirak edəcək.

Britaniyalı raketka ustası fərdi şəkildə turnirə qatılmaq fikrində olmadığını bildirib:

"US Open"də fərdi şəkildə oynamaq kimi bir niyyətim yoxdu. "Wild card"-ı götürmək istəmirəm. Çünki oyundan sonra özümü necə hiss edəcəyimi belə bilmirəm. İlk əvvəl daha bir neçə matçda qüvvəmi sınamalıyam.

Dəvəti qəbubl etsəm və oynamasam, onda hamı danışmağa başlayacaq: "Niyə dəvəti rədd etdi?"; "Nəsə problem var?"; "Görəsən, nə olub?" Böyük ehtimalla "US Open"də fərdlərin yarışında iştirak etməyəcəm. Bu gün hər şey qaydasında görünsə də, sona doğru hərəkət edə bilmirdim. Növbəti həftələrdə də bu, belə olacaq".

Marrey növbəti həftə Vinston-Seylemdə korta çıxmaq ehtimalını istisna etmir. O, daha əvvəl payızda Çjuhay və Pekində keçiriləcək "ATP 250" və "ATP 500" seriyalı turnirlərdə iştirak edəcəyini açıqlamışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR