Marselino Qarsiya Toral:

Marselino Qarsiya Toral: "İspaniya Kubokundakı qələbəyə görə məni istefaya göndərdilər"

"Valensiya"nın sabiq baş məşqçisi Marselino Qarsiya Toral istefaya göndərilməsinə münasibət bildirib:

"100% əminəm ki, İspaniya Kubokundakı qələbə "Valensiya"dan qovulmağıma səbəb oldu.

Mövsüm ərzində rəhbərlikdən birbaşa və dolayı yollarla mesajlar alırdıq. Bizdən İspaniya Kral Kuboku uğrunda mübarizə aparmamağımızı istəyirdilər. Azarkeşlər, oyunçular və məşqçilər heyəti isə kuboku qazanmaq niyyətində idi.

Bizə rəhbərliyin kuboku niyə istəmədiyi barədə heç bir şey deyilməmişdi. Bəlkə də, kiçik turnir hesab etdiklərindən və əsas hədəfi - Çempionlar Liqasına vəsiqəni təhlükə altına ata biləcəyimizə görə... Kubokdakı qələbə istefaya göndərilməyimə səbəb oldu.

İspaniya Kubokunu qazandıqdan sonra klubun sahibi bizi təbrik etmədi. Sinqapurda olanda rəhbərliklə görüşdüm və məni, sadəcə, Çempionlar Liqasına vəsiqə qazandığımıza görə təbrik etdilər.

Məşqçilər heyəti üçün "Valensiya"da çalışmaq çox çətin idi. Yaxşı ki, azarkeşlər məni sevirdilər... İki il ərzində onların mənə qarşı münasibəti dəyişmədi. Buna görə özümlə qürur duyuram. "Valensiya"da xoşbəxt idim və orada unudulmaz anlar yaşadım".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR