Marselino Qarsiya Toral

Marselino Qarsiya Toral "Milan"ı çalışdıracaq ("El Mundo Deportivo")

"Valensiya"nın sabiq baş məşqçisi Marselino Qarsiya Toral növbəti mövsümdən etibarən "Milan"ı çalışdıra bilər.

"El Mundo Deportivo"nun xəbərinə görə, bir ay yarım əvvəl "Milan"ın texniki direktoru Paolo Maldini klubun layihəsini Marselinoya təqdim edib və onun razılığını alıb. İspan çalışdırıcının namizədliyi "rossonerilər"in futbol şöbəsinin rəhbəri Zvonimir Boban tərəfindən də dəstəklənir.

Marselinonun məhz bu səbəbdən digər klubların təkliflərini rədd etdiyi bildirilir.

Qeyd edək ki, 54 yaşlı mütəxəssis 2019-cu ilin sentyabrında "Valensiya"nın prezidenti Piter Limlə arasındakı konflikt səbəbindən istefaya göndərilmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR