Martinez

Martinez "İnter"də qalır

Lautaro Martines "İnter"də qalmağa razılıq verib.

Sport7.az xəbər verir ki, Avropa nəhənglərinin hədəfində olan hücumçu yaxın günlərdə yeni müqavilə imzalayacaq. Anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Argentinalı futbolçu bu müqaviləyə əsasən ildə bonuslarsız 5 milyon avro qazanacaq.

Lautaro 2018-ci ilin yayında Argentina klubu "Rasinq”dən 25 milyon avroya transfer olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR