Mazepin karyerasını

Mazepin karyerasını "Formula 1"də davam etdirəcək

"Formula 2" pilotu Nikita Mazepin karyerasını "Formula 1"də davam etdirəcək.

Sport7.az xəbər verir ki, bu haqda yarışın rəsmi tvitter səhifəsində məlumat yerləşdirilib. 21 yaşlı rusiyalı sürücü "Haas" ilə müqavilə imzalayıb.

Mazepin "Formula 1" tarixində Vatali Petrov, Daniil Kvyat və Sergey Sirotkindən sonra 4-cü rusiyalı pilot olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR