Mbappe məşqlərə başladı

Mbappe məşqlərə başladı

PSJ-nin futbolçusu Kilian Mbappe zədəsini sağaldıb. 

Sport7.az xəbər verir ki, 22 yaşlı hücumçu kollektiv məşqlərə qoşulub. Forvardın gözləniləndən daha tez müddətdə bərpa olunduğu bildirilib.

Mbappe Fransa Kubokunda PSJ-nin "Sent Etyen"i 1:0 hesabı ilə yendiyi final oyununun 26-cı dəqiqəsində zədələnib. Hücumçu cari mövsüm 34 oyunda meydanda olub, 30 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ avqustun 12-də İtaliya "Atalanta"sı ilə Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaq. Matç Portuqaliyada gerçəkləşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR