Mbappenin əvəzinə Qrizmann - PSJ-nin yeni planı

Mbappenin əvəzinə Qrizmann - PSJ-nin yeni planı

PSJ "Barselona"nın hücumçusu Antuan Qrizmannın xidmətində maraqlıdı.

"FourFourTwo"-nun xəbərinə görə, Kilian Mbappe komandanı tərk edəcəyi təqdirdə, PSJ Qrizmannı transfer etməyə çalışacaq. Rəhbərliyin fikrincə, fransız futbolçu Neymar və Mauro İkardi ilə birlikdə əla trio formalaşdıra bilər.

Digər tərəfdən, PSJ Mbappeni uzun müddət komandada saxlamaq niyyətindədi. İdman direktoru Leonardo bununla bağlı çalışmalara başlayıb.

"Real"ın Mbappeyə görə 300 milyon avroluq təklif hazırladığı bildirilir.

Qeyd edək ki, Qrizmann 2019-cu ilin yayında "Atletiko"nu "Barselona"ya dəyişmişdi. Katalon klubu forvarda görə 120 milyon avro ödəmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR