Məktəbdə futbol zamanı atışma olub

Məktəbdə futbol zamanı atışma olub

Nyu Cersi ştatının Pleasantvill şəhərində yerli məktəblərdən birində futbol matçı zamanı atışma olub.

Sport7.az ABŞ mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı iki nəfər yaralanıb.

Yerli səlahiyyətlilər bildirib ki, atışma 15 noyabr cümə axşamı Pleasantvill və Kamden məktəbləri arasındakı növbəti matç zamanı baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

ABC-nin yazdığına görə, hələ ki, cinayətkarın tutulması və hadisənin səbəbləri barədə məlumat verilməyib.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR