"Memfis" "Yuta" ilə razılığa gəldi: Mayk Konli "Caz"da

"Memfis" və "Yuta" arasında razılıq əldə olunub.

Mayk Konlini "Caz"a göndərən "Qrizzlis" əvəzində Qreyson Allen, Kayl Korver və Cey Krauderi heyətinə qatmaqla yanaşı, 2019-cu il NBA draftının 23-cü seçim haqqını və 2020-ci il NBA draftının ilk tur seçim haqqını ələ keçirib.

Treyd iyulun 6-da rəsmiləşəcək.

Qeyd edək ki, Mayk Konli 2007-ci il NBA draftında "Memfis" tərəfindən dördüncü sıradan seçilmişdi. Point-qard 12 il idi ki, "Qrizzlis"də çıxış edirdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR