"Merih Demiralın zədəsi ciddi ola bilər" - Sarri

"Yuventus"un baş məşqçisi Mauritsio Sarri "Roma" ilə oyunda zədələnən Merih Demiralın son vəziyyəti barədə danışıb:

"Merih əzələsini dartıb. Ətraflı məlumat daha sonra veriləcək. Onun zədəsi ciddi ola bilər", - deyə italiyalı mütəxəssis bildirib.

Corco Kyellininin fevral ayında yaşıl meydanlara qayıdacağı gözlənilir. "Football Italia"nın xəbərinə görə, Merihin zədəsi ciddi olacağı təqdirdə, "Yuve" qışda Daniele Ruqani ilə yollarını ayırmayacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR