Məşhur braziliyalı məşqçi koronavirusa yoluxub

Məşhur braziliyalı məşqçi koronavirusa yoluxub

Braziliya təmsilçisi "Palmeyras"ın baş məşqçisi Vanderley Lüksemburqo koronavirusa yoluxub.
 
Sport7.az xəbər verir ki, tanınmış məşqçinin COVİD-19 testinin nəticəsi müsbət çıxıb. Bu haqda 68 yaşlı mütəxəssis şəxsi "İnstagram" səhifəsində məlumat verib. Lüksemburqo xəstəliyin simptomsuz keçdiyini və evində karantində olduğunu bildirib. 
 
Ölkəsində "Palmeyras"la yanaşı, "Santos", "Kruzeyro", "Korintians", "Qremio", "Flamenqo", "Fluminense", İspaniyada Madrid "Real"ı kimi komandaları çalışdıran təcrübəli məşqçi, 1998-2000-ci illərə Braziliya yığmasında işləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR