Məşhur cüdoçu Bakıya gəldi

Məşhur cüdoçu Bakıya gəldi

Moldova Paralimpiya Komitəsinin prezidenti, Paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib.
 
Sport7.az xəbər verir ki, məşhur idmançı Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək "Yenilməzlər" adlı Beynəlxalq Qala Təqdimatda iştirak etmək üçün Bakıya dəvət olunub.

"Yenilməzlər" Beynəlxalq Qala Təqdimatında Oleq Kretsulun da çıxışı olacaq.

Kretsul peşəkar idman sahəsində tanınmış, böyük nüfuza malik paralimpiyaçı cüdoçulardan biridir.

O, 21 fevral 1975-ci ildə Kişinyov şəhərində anadan olmuşdur. 10 yaşında ikən cüdo ilə məşgul olmağa başlayıb.

Gəncliyində Beynəlxalq və Ümumittifaq Cüdo və Sambo Turnirlərinin dəfələrlə qalibi olmuşdur. 16 yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanmış, 21 yaşında isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirmişdir.1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısıdır.

1997-ci ildə keçirdiyi avtomobil qəzasında həyat yoldaşı vəfat edir, özü isə aldıgı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirir.
Bir müddət sonra yenidən cüdoya qayıdır, amma bu dəfə paralimpiyaçı kimi.

Paralimpiya hərəkatına qoşulduqdan sonra Kretsulun mükafat və titullarının siyahısı sürətlə böyüməyə başlayır. O, 2008 Pekin Yay Paralimpiya Oyunlarının qalibidir, dörd qat dünya və üç qat Avropa çempionudur,əməkdar idman ustasıdır.

2006-cı ildə "Vətənə xidmətə görə” II dərəcəli ordenlə, 2009-cu ildə isə "Dostluq Ordeni” ilə təltif olunmuşdur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR