Məşhur futbolçudan ŞOK etiraf:

Məşhur futbolçudan ŞOK etiraf: "Qumarda 7 milyon avro uduzmuşam"

Danimarkanın məşhur ulduzu "Arsenal", "Yuventus" kimi nəhənglərin formasını geymiş Niklas Bendtner keçmişdə yaşadığı  qumar problemlərindən danışıb.
 
Sport7.az xəbər verir ki, futbolçu 19 yaşından qumara qurşandığını etiraf edib. O televeziya proqramlarının birində çıxış edərkən hələ gənc yaşlarında poker oynamağa başladığını bildirib və "Qumarda xəyal edilə bilməyəcək qədər pul itirdim. Nə qədər pul uduzduğumu hesablamaq çox çətindi. Təxminən 7 milyon avroya qədər pul itirmişəm. Bir dəfə Londonda böyük pulların oynanıldığı masada idim. Sonra bir anda işlər nəzarətdən çıxdı. Həyatım bahasına başa gələcək bir hadisə idi, amma ölmədim. O gecədən sonra yüksək paralarla qumar oynamağı yığışdırdım" sözlərini söyləyib.
 
Artıq qumara bir əyləncə kimi yanaşdığını bildirən futbolçu, "Son oyunumda masada cəmi 13 avro vardı" ifadələrini də işlədib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR